Prezident: “Növbəti bayram tədbirləri Füzulidə olacaq”

Prezident: “Növbəti bayram tədbirləri Füzulidə olacaq”

Hazırda oxunan: Prezident: “Növbəti bayram tədbirləri Füzulidə olacaq”

152466

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər. 

Bizim.Media xəbər verir ki, Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə görüşüb söhbət ediblər: 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident 50 illik yubileyində laçınlılara verdiyi sözün artıq yerinə yetirildiyindən DANIŞDI


Prezident İlham Əliyev: Salaməleyküm. 

Sakinlər: Salam. Xoş gəlmisiniz, cənab Ali Baş Komandan. Xoş gördük. 

Sakin (Mehriban xanıma): Təbrik edirik. 

Mehriban xanım Əliyeva: Sağ olun. 

Sakinlər: Yaratdığınız bu cənnətə xoş gəlmisiniz. 

Prezident İlham Əliyev: Sağ olun. 

Qadın sakin (Mehriban xanıma): Sizi təbrik edirəm. 100 yaşayın, Allah Sizə cansağlığı versin. 

Mehriban xanım Əliyeva: Çox sağ olun. Hər kəsə Allah cansağlığı versin. 

Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Vətəninizə xoş gəlmisiniz. 

Sakinlər: Sağ olun, Allah Sizi var eləsin. Bura Sizin yaratdığınız cənnətdir, biz gəlmişik. 

Prezident İlham Əliyev: 31 ildən sonra. 

Sakin: Bəli, Allah köməyiniz olsun. 31 il 102 gündür ki, mən bura gəlməmişəm. Bu gün buradayam. 

Prezident İlham Əliyev: Hansı tarixdə Zabuxdan çıxmısınız? 

Sakin: 1992-ci il mayın 16-da çıxmışam. 

Prezident İlham Əliyev: Hələ Laçın şəhəri işğal olunmamışdı. Buranı işğal etdilər, ondan sonra. 

Sakin: Bəli. Allah Sizə ömür versin. 

Prezident İlham Əliyev: Bu illər ərzində harada yaşayırdınız? 

Sakin: Bu illər ərzində Sarıqayada yaşamışam, sonra Sumqayıtda yataqxanada yaşamışam. İndi də Quba yolunun üstündə fərdi evim var, orada yaşamışam. 

Prezident İlham Əliyev: Artıq vətəndəsiniz. Bundan böyük xoşbəxtlik ola bilməz. Zabux kəndi də tamamilə yeni görkəm alır. 

Sakin: Çox sağ olun, Allah köməyiniz olsun. Cənnət yaratmısınız. Allah razı olsun. 

Prezident İlham Əliyev: Siz dünən gəlmisiniz, birinci köçənlərdənsiniz. 31 ildən sonra artıq vətəndaşlarımız öz dədə-baba torpaqlarına qayıdırlar. Bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, siz də hər zaman inanırdınız ki, bu gün gələcək. 

Sakin: Gəldi, Sizin sayənizdə. Allah Sizə ömür versin. 44 günlük müharibədə kütləvi informasiya vasitələrində Sizin gördüyünüz iş böyük bir jurnalist ordusunun, böyük bir müxbir ordusunun işi idi. Hamını öz yerində oturtdunuz. Bu gün bizim üçün həm də gözəl günlərdən biridir ki, Mehriban xanımın ad günüdür. Biz hamımız Mehriban xanıma uzun ömür, cansağlığı arzulayırıq. Allah ömür versin. Əskik olmasın. 

Prezident İlham Əliyev: Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust - keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq. 

Sakin: İnşallah. Zəfərlərimiz bol, bayrağımız uca olsun. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO