İran Ermənistana işçi adı ilə PUA mütəxəssisləri GÖNDƏRİR

İran Ermənistana işçi adı ilə PUA mütəxəssisləri GÖNDƏRİR

Hazırda oxunan: İran Ermənistana işçi adı ilə PUA mütəxəssisləri GÖNDƏRİR

149447

“Ermənistanın İrandan işçi qüvvəsi qəbul etməyə hazırdır”.

Bunu İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin Məşğulluq İnstitutlarının İnkişafı və İşçi Qüvvəsinin Rəhbərliyi İdarəsinin baş direktoru Omid Məlek deyib:

"İşçi qüvvəsinin xaricə göndərilməsi qaydalara uyğun həyata keçirildiyi təqdirdə ölkəyə qazanc gətirir, ona görə də beynəlxalq əmək bazarında mövcud iş imkanlarından istifadə edə bilsək, işçi qüvvəsinin təcrübəsini artırmış olarıq və bu, ölkəyə valyuta gətirər!"

İran rəsmisinin bu fikirləri nə qədər reallığa uyğun olduğunu demək çətindir. Lakin, bu cür layihələrin arxasında xoş niyyətin dayanmadığı dəqiqdir. Çünki, Ermənistanın hazırda kənardan işçi qüvvəsi dəvət etməsi heç bir sağlam məntiqlə izah edilə bilməz. Burda ancaq məkrli plan ola bilər ki, bu da həm ermənilər, həm də farslar üçün xarakterikdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İranın Ermənistana işçi qüvvəsi göndərməsi  o qədər də reallığa uyğun deyil:
 

MÖVZU İLƏ BAĞLI:

İran və Rusiyadan ORTAQ HƏMLƏ – Şimal və cənub qonşularımız nəyi PLANLAŞDIRIR?


“Doğrudur, İranda da sosial vəziyyət kifayət qədər gərgindir. Amma indiki vaxtda Ermənistanın xaricdən işçi qüvvəsi dəvət etməsi də inandırıcı görünmür. Çünki, ermənilərin buna iqtisadi gücü çatmır. Ola bilsin ki, molla-fars rejimi işçi qüvvəsi adı ilə Ermənistana verdikləri PUA-ları idarə etmək üçün mütəxəssislər göndərir. Ya da, İran Ermənistanla birgə yeni təxribat planı hazırlayır. Həmin işçi qüvvəsi də bu layihənin bir hissəsidir”.

Cümşüd Nuriyev onu da əlavə edib ki, Ermənistan ağır iqtisadi böhran keçirir:

“Əhalinin sosial vəziyyəti durmadan ağırlaşır. Belə bir vəziyyətdə ermənilərin əcnəbi işçi qüvvə axtarması sadəcə gülüş doğurur. Lakin, dediyim kimi istisna hal üçün bir qrup mütəxəssis dəvət edilə bilər. Bu da o cür ola bilər ki, mütəxəssis qrupu Ermənistana pul qazanmaq üçün yox, hansısa təxribatın bir hissəsi olmaq üçün gəlirlər. 

Başqa bir ehtima odur ki, İranla Ermənistan yeni bir terror təşkilatı yaradırlar. Burda əslində təəccüblü bir şey yoxdur.

Çünki, terror şəbəkələri sahəsində hər iki ölkənin böyük təcrübəsi var. Ermənilərlə farsların terrorçuluqdakı fəaliyyətinin yaşı yüz illərlə ölçülür. Ona görə də bu ehtimal da ağılabatandır. Burda üçüncü variant yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO