İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO/VİDEO

İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO/VİDEO
146811
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub. 

Bizim.Media xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İraq Kürdüstan Regionunun başçısı Azərbaycana GƏLDİ - FOTO


Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlanıb.

Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib. 

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. 

Görüşdə dövlət başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb. 
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. 
 


İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO/VİDEO - foto 1
İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO/VİDEO - foto 2
İlham Əliyev Neçirvan Bərzani ilə GÖRÜŞDÜ – FOTO/VİDEO - foto 3

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO