Azərbaycan diplomatlarının VIII müşavirəsi BAŞLADI - FOTO

Azərbaycan diplomatlarının VIII müşavirəsi BAŞLADI - FOTO

Hazırda oxunan: Azərbaycan diplomatlarının VIII müşavirəsi BAŞLADI - FOTO

145711

11 iyul tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin VIII müşavirəsi öz işinə başlayıb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, ADA Universitetində təşkil edilmiş açılış tədbirində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak edib.

Müşavirədə açılış nitqi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış ediblər.
Çıxışlarda, Azərbaycan Ermənistan normallaşma prosesi və sülh gündəliyi, müasir dövrün çağırışları fonunda ölkəmizin xarici siyasət prioritetləri, mövcud çağırışların qarşısının alınması istiqamətində atılan mühüm addımlar və əldə edilmiş nailiyyətlər, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində rolu, çoxtərəfli platformalarda iştirakımız, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləri barədə strateji istiqamətlər müəyyən edilib və müvafiq təlimatlar verilib.

Müşavirə regionlar üzrə paralel panel müzakirələri, habelə enerji və iqtisadi diplomatiya, maliyyə, kadrlar, konsulluq, hüquq, beynəlxalq hüquq, təşkilat-nəzarət və xidmətlərin təşkili məsələlərinə dair sessiyalarla davam etdirilib.

12 iyul tarixində isə müşavirənin mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım və diaspora məsələləri, çoxtərəfli diplomatiya və hərbi-siyasi təhlükəsizlik məsələləri, parlament əlaqələri, ictimai diplomatiya və media məsələlərinə dair sessiyalarla davam etdirilməsi nəzərdə tutulub.

13 iyul tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizin xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə Ağdam şəhərinə səfəri və “Ağdamın dirçəlişi” adlı tədbirin təşkili planlaşdırılıb.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO