Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO 

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO 

Hazırda oxunan: Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO 
145126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar. 

Bizim.Media xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Albaniya Prezidenti və xanımının şərəfinə rəsmi lanç verilib – VİDEO


Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 10

Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir. 

Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub. 

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 11

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub. 

Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir.

Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər. 

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 12

Prezident Bayram Beqay və birinci xanım Armanda Beqay "Kukla incəsənətdə” sərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarının qalib olub. 
Qonaqlar “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olublar. Bayram Beqay və Armanda Beqay Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. 

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 13

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. 

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib. 

Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 1
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 2
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 3
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 4
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 5
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 6
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 7
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 8
Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTO  - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO