Azərbaycan və Əlcəzairin XİN başçıları arasında görüş olub - FOTO 

Azərbaycan və Əlcəzairin XİN başçıları arasında görüş olub - FOTO 

Hazırda oxunan: Azərbaycan və Əlcəzairin XİN başçıları arasında görüş olub - FOTO 
144970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər İclası çərçivəsində ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb. 

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətindən söz açılıb. 

Bütün istiqamətlərdə münasibətlərin dərinləşdirilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, hökumətlərarası iqtisadi komissiyaların iclasları və biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb. 

Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişafından məmnun olduğunu bildirib.

Ölkəmizin COVID-19 pandemiyası ilə əlaqədar olaraq çətin bir dövrdə Qoşulmama Hərəkatına uğurlu sədrliyinə görə təbrik edən nazir Əhməd Attaf Hərəkatın təsisatlanması istiqamətində irəli sürdüyü təşəbbüsləri təqdir edib. Bu xüsusda, Hərəkat çərçivəsində müxtəlif platformaların yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

Görüşdə habelə iki ölkə arasında enerji, kənd təsərrüfatı, əczaçılıq və tibbi texnika və digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO