Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO

Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO

Hazırda oxunan: Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO
14341
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda onlayn formatda konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib.

Deputat bildirib ki, parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatların iştirakı ilə keçirilən tədbirin başlıca mövzusu ölkədəki siyasi qüvvələr arasındakı qarşılıqlı anlaşma mühiti olub:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əhəmiyyətli hissəsi siyasi proseslərə aiddir. Dövlət başçısının təşəbbüskarı olduğu siyasi dialoq ölkədaxili siyasi qüvvələr arasında pozitiv münasibətlərin formalaşması və möhkəmlənməsi, bunun isə öz növbəsində iqtisadi və sosial proseslərə müsbət təsiri göz önündədir.

Siyasi dialoq mühiti bütövlükdə ölkəmizdə siyasi konfiquryasiyanın yenilənməsi, onun əməkdaşlıq müstəvisinə keçməsi üçün güclü stimul rolunu oynayır.

2020-ci ildə 7 yeni partiya qeydiyyata alınıb. Sonuncu dəfə partiyaların qeydiyyatı 2011-ci ildə baş vermişdi. Ötən il, həmçinin, siyasi partiyaların normal fəaliyyəti üçün onların qərargahla təminatı probleminin həllində ciddi yeniliklər baş verib.

20 siyasi təşkilata dövlət tərəfindən ofislər təqdim olunub. Azərbaycanın qanunverici orqanı - VI çağırış Milli Məclisdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunub, onların bir neçəsi bu siyasi təşkilatlara rəhbərlik edirlər.

Siyasi fikir müxtəlifliyinin əməkdaşlığının kiçik modeli olaraq Yasamal rayonunu qeyd edə bilərik.

Rayonu təmsil edən 4 deputat və yerli İcra Hakimiyyəti tərəfindən ortaya çıxan problemlər və əhalinin qayğılarının həlli istiqamətində nümayiş olunan həmrəylik bir çox çətinliklərin müsbət həllinin başlıca səbəbi kimi çıxış edir. Prezidentin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı özünü əməli şəkildə təsdiqləyir”. 

Bizim.Media

Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO - foto 1
Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO - foto 2
Ədalət Vəliyev parlamentdə təmsil olunan partiya nümayəndələri və deputatlarla görüşdü - FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO