Sinan Oğan Azərbaycanı TƏBRİK ETDİ – FOTO 

Hazırda oxunan: Sinan Oğan Azərbaycanı TƏBRİK ETDİ – FOTO 

143405

Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib. 

Bizim.Media xəbər verir ki, o bu barədə tvitterdə yazıb. 

“Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun”. 
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı. 

Rəcəb Tayyip Ərdoğanın prezident seçildikdən sonra iyunun 13-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə liderini müşayiət edənlər arasında Sinan Oğan da var idi. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO