Hərbi ekspert: «Ermənistanın orduda kadr islahatlarına başlaması gecikmiş addımdır»

Hərbi ekspert: «Ermənistanın orduda kadr islahatlarına başlaması gecikmiş addımdır»

Hazırda oxunan: Hərbi ekspert: «Ermənistanın orduda kadr islahatlarına başlaması gecikmiş addımdır»
1384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanın orduda kadr islahatlarına başlaması gecikmiş addımdır. Sərhəd qoşunları komandanının dəyişməsi və buna oxşar addımlarla rəsmi İrəvan gözlədiyi nəticəni əldə edə bilməyəcək”.

Bizim.Media xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli düşmən ordusunda özbaşınalığın, nizamnamədən kənar hərəkətlərin kökünü məhz vaxtında aparılmayan islahatlarda görür.

“Hər hansı komandanlığın dəyişməsi prosesə təsir edə bilmir.Yəni bu gün bu mənada Ermənistanın müdafiə naziri də dəyişdirilsə faydası yoxdur. Əlbəttə, kadrlar çox şeyi həll edir, amma  lazimdir ki, planlı islahatlar həyata keçirilsin”.

Ramil Məmmədli deyir ki, Ermənistanın heç bir prezidenti ordu quruculuğunda ciddi addımlar atmayıblar. Həmişə Rusiya müdafiəsinə arxayınlıq, mühafizələrinin  başqalarına etibarı bügünkü real mənzərini ortaya qoyub:

“Rusiya bizi qoruyacaq, mühafizə edəcək formasında öz fəaliyyətlərini qurublar. Digər məsələ isə  maddi problemlə bağlıdır. Ermənistan iqtisadiyyatı, dövlət büdcəsi, hərbi və təhlükəsizlik büdcəsi yetərəincə deyil ki, bu sahədə ciddi islahatlar həyata keçirilsin”.

Hərbi rəhbərlik arasında  daxili çəkişmələr, əsgər-zabit münasibətlərində gərginlik Ermənistan ordusunda xaotik mühit yaradıb. Şəxsi heyət arasında vətənpərvərlik hissinin olmaması da başlıca problemə çevrilib.

Yuxarıda sadalanan faktlar üstəgəl, döyüşlərdə fərariliyin baş alıb getməsi, döyüş bacarığının aşağı səviyyədə olması onu göstərir ki, Ermənistan silahlı qüvvələri hələ çox uzun müddət özünə gələ bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO