İlham Əliyev:

İlham Əliyev: "Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir"

Hazırda oxunan: İlham Əliyev: "Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir"
137267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Vilnüsdə rəsmi qarşılanma mərasimi olub


"Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə qitələri birləşdirən Avrasiyada daha da rahat nəqliyyat, kommunikasiya imkanlarını yaratmaq üçün bizim ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar.

Çünki dünyada hökm sürən yeni geosiyası reallıq bunu diqtə edir. Azərbaycan üzərindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. 

Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, birgə səylərlə biz bu birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq. Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcək", - dövlət başçısı bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO