Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq məsələləri MÜZAKİRƏ EDİLİB 

Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq məsələləri MÜZAKİRƏ EDİLİB 

Hazırda oxunan: Azərbaycan və İtaliya arasında çoxölçülü strateji tərəfdaşlıq məsələləri MÜZAKİRƏ EDİLİB 

136162

Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Senatının Avropa Birliyi siyasət daimi komissiyasının sədri, senator Culio Terzi, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri, senator Marko Skuria, İtaliya Deputatlar Palatasının Xarici əlaqələri daimi komissiyasının üzvü, deputat Ettore Rosatodan ibarət nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüşdə Azərbaycan-İtaliya arasında çöxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, siyasi, iqtisadi, enerji, humanitar sahələrdə geniş əməkdaşlıq gündəliyi barədə fikir mübadiləsi aparılıb. 

Əlaqələrimizin hazırki yüksək səviyyəyə yüksəlməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti, bu xüsusda səfər mübadilələrinin vacibliyi qeyd olunub. 

Nazir müavini Xələf Xələfov post-münaqişə dövründə bölgədə davamlı sülhün bərqərar olması istiqamətində Azərbaycanın səyləri, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. 

İtalyan parlamentarilər Azərbaycanın İtaliyanın mühüm strateji tərəfdaşı, regionun lider ölkəsi olduğunu, bölgədə sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin təqdirəlayiq olduğunu bildiriblər. 

Görüşdə, habelə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində rolu və birgə maraq kəsb edən digər mövzular barədə də fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO