Xələf Xələfov xorvatiyalı parlamentariləri azad olunmuş ərazilərdə bərpa işləri məlumatlandırıb

Xələf Xələfov xorvatiyalı parlamentariləri azad olunmuş ərazilərdə bərpa işləri məlumatlandırıb

Hazırda oxunan: Xələf Xələfov xorvatiyalı parlamentariləri azad olunmuş ərazilərdə bərpa işləri məlumatlandırıb
136160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xələf Xələfov Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə uzun illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu prosesdə siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığı vurğulanıb. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib. 

X.Xələfov post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar və işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. 

D.Vidoviç dost Azərbaycana səfər etməkdən məmnunluq duyduğunu və Xorvatiyanın ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Xorvatiyalı vitse-spiker bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Azərbaycanın səylərini yüksək qiymətləndirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO