- A-
- A
- A+
Siyasət
22:13 / 27.04.2016
"AÄž Partiyanın hədəfi hakimiyyətə gələrək Azərbaycanı daha güclü etməkdir"
Hazırda oxunan: "AÄž Partiyanın hədəfi hakimiyyətə gələrək Azərbaycanı daha güclü etməkdir"
134122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Ağ blok”x9d - un təsisçi Tural Abbaslı may ayında Müsavat Partiyasından ayrılaraq təsisçisi olduğu bloku partiya elan edəcəyini bildirib.
Görəsən, onun Müsavat Partiyasından gedişi partiyada növbəti yarpaq tökümünə səbəb olmayacaq ki? Partiyadan “Ağ bloka”x9d a sürpriz transferlər həyata keçəcəkmi?
Tural Abbaslı Moderator.az-a açıqlamasında bildirdi ki, onlar hansısa partiyanın bazasında yaranmaq istəmirlər:
“Bu məsələyə mənim yanaşmam tam fərqlidir. Mən AÄž Partiyanın hansısa digər partiyalardan istefaların hay-küyü və qalmaqalı ilə gündəmə gəlməsinin əleyhinəyəm. Odur ki, bu məsələni qabartmağın tərəfdarı deyiləm. Kimlər bizimlə AÄž Partiyanın quruculuğunda iştirak edəcəksə o qanuna əsasən də təmsil olunduğu digər partiyanı tərk etməlidir. Mən bu məsələyə qətiyyən siyasi bir məsələ kimi deyil, sırf texniki bir məsələ kimi yanaşıram. Həm əvvəllər də qeyd etmişəm və bu gün bir daha təkrar edirəm ki, AÄž Partiya olaraq biz hansısa partiyanın bazasında yaranmaq və ya hansısa partiyanın elektoratını parçalamaq, bölmək məqsədində deyilik.Tək Müsavatdan deyil, AXCP - dən də, YAP - dan da və digər partiyalardan da bizə qoşulmaq istəyənlərə isə qapımız açıqdır. Bizim məqsədimiz intriqalar deyil, məqsədimiz siyasi arenada rəqabəti artıraraq siyasi səhnəni aktivləşdirmək və Azərbaycanı daha demokratik və güclü dövlət etməkdir. Bir sözlə, AÄž Partiyanın hədəfi hakimiyyətə gələrək Azərbaycanı daha güclü etməkdir. Digər məsələlər isə bizə maraqsızdır”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































