Rumen Radev: “İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”

Rumen Radev: “İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”

Hazırda oxunan: Rumen Radev: “İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”

132696

“Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”.

Bizim.Media xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

R.Radevin sözlərinə görə, Memorandumun imzalanması mühüm nailiyyət, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli və dayanıqlı münasibətlərin göstəricisidir.

"Bolqarıstan sazişlərə uyğun olaraq Azərbaycandan lazımi həcmdə təbii qaz alır. Azərbaycan həm də Avropa İttifaqının (Aİ) mühüm və etibarlı tərəfdaşıdır", - Bolqarıstan Prezidenti bildirib.

R.Radev qeyd edib ki, Ukraynadakı müharibə Avropa ölkələrini enerji təchizatında yeni yollar axtarmağa məcbur edib.

Qeyd edək ki, bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO