Prezident: “Azərbaycan tərəfdaş ölkələrlə hədəflərə nail olmağa hazırdır”

Prezident: “Azərbaycan tərəfdaş ölkələrlə hədəflərə nail olmağa hazırdır”

Hazırda oxunan: Prezident: “Azərbaycan tərəfdaş ölkələrlə hədəflərə nail olmağa hazırdır”
132675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Azərbaycan müstəqilliyinin bərpasından 3 ildən az bir müddət içində sonralar “Əsrin müqaviləsi” adlandırılacaq müqaviləni imzaladı və ilk dəfə xarici neft şirkətlərini Xəzər dənizində işləməyə, neft istehsal etməyə və kəşflərə dəvət etdi.

Beləliklə, biz bu gün 21-ci əsrin layihəsini həyata keçiririk və bu layihə böyüyür. Ona görə də enerji sahəsində etibarlı tərəfdaş olan Azərbaycan əminliklə bizim bu yolumuzu davam etdirməyə və bütün hədəflərə nail olmağa hazırdır”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO