"İranın anti-Azərbaycan hərəkətləri Ermənistanla sıx əlaqələrindən irəli gəlir" - Mübariz Qurbanlı

Hazırda oxunan: "İranın anti-Azərbaycan hərəkətləri Ermənistanla sıx əlaqələrindən irəli gəlir" - Mübariz Qurbanlı
129236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"İran tərəfindən Azərbaycana qarşı edilən hərəkətlər bu ölkənin Ermənistanla sıx əlaqələrindən irəli gəlir".

Eyni zamanda İran Azərbaycanın güclənməsi, işğala məruz qalmış torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi, Azərbaycanın dünya miqyasında və bölgədə söz sahibinə çevrilməsi təbii ki, İranı və onun hakim dairələrini qıcıqlandırır.
Bizim.Media xəbər verir ki, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, İran Azərbaycanın müstəqilliyi bərpa olunandan indiyə qədər ölkəmizə qarşı təxribatçı hərəkətlərini davamlı olaraq həyata keçirir.

“İran siyasi dairələrinin işlətdiyi "qırmızı xətt" kimi terminləri çox anormal görünür.

"Qırmızı xətt" dedikləri işğaldan azad olunmuş ərazilərimiz, Zəngəzurla bağlı məsələlər və digərləri Ermənistan bizim ərazilərimizi işğal edəndə niyə yada düşmürdü?!

Lakin indi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, burada böyük layihələr həyata keçirəndə "qırmızı xətt" deyərək qarşı çıxır. Buna paralel olaraq Ermənistana hərtərəfli dəstək göstərir”, - deyə M.Qurbanlı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO