Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı - VİDEO

Hazırda oxunan: Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı - VİDEO

126885

Moskva Bakı ilə İrəvan arasında düşmənçilik ritorikasının və Qarabağda insidentlərin artmasından, tərəflərin güzəştə getmək istəməməsindən bərk narahatdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, Rusiya tərəfi dinc danışıqlara alternativin olmaması mövqeyindən çıxış edir və tərəfləri bəyanatlarında təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolu üzrə danışıqları bərpa etməyə çağırır:
“Ermənistan-Azərbaycan normallaşması prosesində Qərb və Aİ meydana çıxdı və genişmiqyaslı problemlər yarandı. Sülh və kömək etmək istəyi ilə bağlı deyilən sözlərin arxasında tam əks hərəkətləri görürük”.

Mariya Zaxarova çıxışı zamanı yenə "Dağlıq Qarabağ" ifadəsini işlədib.

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO