“Dəhlizə dəhliz” təklifi Ermənistanı niyə qorxudur? – Paşinyanın İKİÜZLÜLÜYÜNÜN İFŞASI  

“Dəhlizə dəhliz” təklifi Ermənistanı niyə qorxudur? – Paşinyanın İKİÜZLÜLÜYÜNÜN İFŞASI  

Hazırda oxunan: “Dəhlizə dəhliz” təklifi Ermənistanı niyə qorxudur? – Paşinyanın İKİÜZLÜLÜYÜNÜN İFŞASI  

122833

Məlum olduğu kimi, fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Münhendə jurnalistlərə verdiyi müsahibədə Laçın yolu ilə bağlı Ermənistana ünvanlanan təklifi açıqlayıb.

“Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”, - deyə Dövlət başçısı bildirib.

Ermənistan tərəfindən gələn açıqlamalarda isə rəsmi İrəvanın təkliflə razılaşmadığı aydın görünüb.

Əvvəlcə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan lüksemburqlu həmkarı ilə birgə mətbuat konfransında, daha sonra isə Nikol Paşinyan erməni mediasına açıqlamasında Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından narahatlıqlarını ifadə ediblər.
Bununla da Ermənistan tərəfi, faktiki olaraq, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına da əngəl törədir.

Belə olan halda isə sual yaranır:

Azərbaycanın təklifi Ermənistanı nə üçün narahat edir? Paşinyan iqtidarı üçün Laçın yolundan maneəsiz gediş-gəlişdən məhrum olmaq, yoxsa Zəngəzur dəhlizinin reallaşması daha böyük problemdir? 

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, Paşinyan iqtidarı Azərbaycanın təklifindən ona görə narahat olur ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurularsa, Qarabağa qanunsuz daşımaların qarşısı alınacaq:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Qarabağın Azərbaycanın tərkibində olmasına razıdır - Vardan Oskanyan 


“Bilirik ki, Laçın yolu vasitəsilə təkcə qanunsuz yüklər daşınmayıb, eyni zamanda bir çox üçüncü ölkə vətəndaşları Qarabağa gəliblər. Eyni zamanda 44 günlük müharibədəki qələbədən sonra da Ermənistan istehsalı olan minalar kütləvi şəkildə Xankəndinə daşınıb. Məhz bu səbəbdən, Paşinyan iqtidarı Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratmaq ehtimalına ciddi müqavimət göstərir. İrəvan bu prosesə zərbə vurmaq üçün beynəlxalq arenada da şou yaratmağa çalışır”. 

Politoloqun sözlərinə görə, Laçında nəzarət məntəqəsinin yaradılması təklifi Ermənistanın Zəngəzur dəhlizinin reallaşması məsələsindəki ikiüzlülüyünü də ifşa etdi: 

“Təsəvvür edin, Ermənistan tərəfi Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisində nəzarət-keçid məntəqəsi yaratmasını özü üçün təhdid hesab edir. Amma Zəngəzurda hər hansı formada özlərinin nəzarətində olan post yaratmaq istəyirlər. Olmayacağı təqdirdə isə İranla əlbir olub, Zəngəzur dəhlizi ideyasının reallaşmasına mane olmağa çalışırlar. Amma Azərbaycan qalib tərəfdir və ərazimizdə nəzarət postu quraşdırmaq ölkəmizin suveren hüququdur. Bu təkcə Azərbaycanın haqq məsələsi deyil, eyni zamanda etnik separatçılıqla məşğul olan terrorçulara maddi-texniki təminatın qarşısını almaq üçün də vacib əhəmiyyətə malikdir”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO