"Rus sülhməramlıları ilə gündəlik əlaqədəyik" - Ceyhun Bayramov 

Hazırda oxunan: "Rus sülhməramlıları ilə gündəlik əlaqədəyik" - Ceyhun Bayramov 

122636

“Biz Rusiyanın sülhməramlı kontingenti ilə gündəlik əlaqədəyik, nələr baş verdiyini bilirik”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hər hansı humanitar böhranın yaranmaması üçün Azərbaycan tərəfindən səy göstərilir:

“Hazırda Laçın-Xankəndi yolundan 3 mindən artıq avtomobil keçib. Onların əksəriyyəti sülhməramlılara məxsus böyük yük maşınlarıdır. Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də daim ünsiyyətdəyik. Mənim dünən də onlarla görüşüm oldu. Azərbaycan dövləti hər zaman məsələnin kökündə duran narahatlıqları aradan qaldırmaq üçün konstruktiv təkliflər verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO