“Paşinyan dərsinə hazırlıqsız gələn şagirdə bənzəyirdi” – Deputatdan Münhen debatı ilə bağlı AÇIQLAMA

“Paşinyan dərsinə hazırlıqsız gələn şagirdə bənzəyirdi” – Deputatdan Münhen debatı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Paşinyan dərsinə hazırlıqsız gələn şagirdə bənzəyirdi” – Deputatdan Münhen debatı ilə bağlı AÇIQLAMA

121490

“59-cu dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransını Azərbaycanın beynəlxalq arenadakı növbəti qələbəsi kimi qiymətləndirmək olar”.

Bu fikirləri Münhen Təhlükəsizlik Konfransı ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar İskəndərov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni siyasətçi Paşinyanın Münhendəki boşboğazlığı HAQDA: “Tutarlı arqument gətirə bilmədi”


Deputatın sözlərinə görə, Prezident İlham Əliyev konfransda iştirakı arzuolunan və böyük hörmətlə qarşılanan liderlərdən biri idi:

“Baş tutan görüşlərdə və müzakirələrdə Prezidentə olan hörmət, dövlətimizə olan ehtiram aydın şəkildə görünürdü. Digər tərəfdən, Paşinyanın əvvəlcə gəlməyə qorxduğu, sonra isə beynəlxalq güclərin təkidi ilə qoşulduğu konfransdakı debatda Cənab Prezident Ermənistan baş nazirini ağır duruma saldı. Cənab İlham Əliyevin faktları, arqumentləri irəli sürməsi, fikirlərində beynəlxalq hüququn prinsiplərini rəhbər tutması, Azərbaycanın milli maraqlarını dolğun və düzgün formada müdafiə etməsi liderlər arasında fərqin nə qədər böyük olduğunu növbəti dəfə bütün dünyaya göstərdi. Paşinyan yenə də dərsinə hazırlıqlı gəlməyən şagirdə, Cənab Prezident isə ondan dərsi soruşan professora bənzəyirdi. Elə erməni ekspertləri, siyasi şərhçiləri də Paşinyanın rəzil duruma düşdüyünü qeyd edirlər”.

Vüqar İskəndərovun sözlərinə görə, Paşinyanın çətin duruma düşməsi təkcə onun şəxsi keyfiyyətlərindən qaynaqlanmır: 

“Eyni zamanda, Ermənistan əvvəldən bütün mənalarda yanlış siyasət həyata keçirir. Ona görə ki, birincisi, Ermənistan aqressordur, ikincisi, işğalçıdır, üçünücüsü, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyib, dördüncüsü, hazırki dünya belə məsələləri müdafiə etmir. Çünki dünyada bu cür işğalçı münaqişələrdən zərər çəkən ölkələrin sayı kifayət qədərdir. Lakin bir çox münaqişələr dondurulsa da, Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ və ədaləti bərpa edib. 

Digər tərəfdən, Azərbaycan ədalətli mövqeyilə bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində addımlar atan ölkə imicini möhkəmləndirmiş oldu. Bu, hal-hazırda dünyamız üçün çox vacibdir. Düşünürəm ki, 59-cu dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq arenadakı növbəti qələbəsi kimi qiymətləndirilməlidir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO