Azərbaycan TƏKLİFİNİ verib və GÖZLƏYİR – Zəngəzur dəhlizindən QATAR SƏSİ GƏLİNCƏ...

Azərbaycan TƏKLİFİNİ verib və GÖZLƏYİR – Zəngəzur dəhlizindən QATAR SƏSİ GƏLİNCƏ...

Hazırda oxunan: Azərbaycan TƏKLİFİNİ verib və GÖZLƏYİR – Zəngəzur dəhlizindən QATAR SƏSİ GƏLİNCƏ...

119854

“Prinsip etibarı ilə Azərbaycanın Ermənistana verdiyi təkliflərin baza prinsipləri bəllidir. İrəvan ölkəmizə qarşı ərazi iddialarından rəsmən imtina etməli, demarkasiya xətlərinə aydınlıq gətirməli, sərhədlər dəqiqləşdirilməli, Ermənistan qoşunlarının tör-töküntüləri Azərbaycan ərazisindən çıxarmalı, nəqliyyat-komunikasiya xətlərini, Zəngəzur dəhlizini açmalıdır. Bu Bakının İrəvana sonuncu göndərdiyi vacib şərtlər siyahısında dəyişməz prinsiplərdir”.

Politoloq Elşən Mirzəoğlu Bakının İrəvana ünvanladığı yeni şərtlərin nədən ibarət ola biləcəyini şərh edərkən Bizim.Media-ya belə deyib.

Politoloq qeyd edib ki, buna rəqmən hələlik İrəvan bu məsələdə Bakını qane edən mövqe sərgiləməyib:

“Zəngəzur məsələsi İranla münasibətlərdə müəyyən gərginliyin yaranmasına səbəb olub. Tehran bəyan edib ki, bu dəhlizin açılması İranla Ermənistan arasında sərhədlərin pozulması demək olacaq, ona görə də həmin məsələyə razılıq verməyəcək.
Amma həmin dəhliz bir çox Şərq və Qərb dövlətlərinin maraqlarına cavab verir. Ona görə də uzun müddət dirəniş göstərmək mümkün olmayacaq”. 

Ekspert qeyd edir ki, dəhlizin açılması region dövlətlərinə 5 il ərzində 300 milyard dollar gəlir gətirəcək:

“Bu mənada dəhlizin açılması Bakı üçün də böyük önəm kəsb edir. Düşünürəm ki, Azərbaycanın irəli sürdüyü yeni təkliflər məhz bundan ibarətdir. Çünki Ermənistanla yekun sülh müqaviləsinin şərtləri barədə danışmağa hələ dəyməz.
Demarkasiya, nəqliyyat-kommunikasiya məsələləri barəsində razılıq əldə edilmədən İrəvanla yekun sülhün şərtləri ilə bağlı hər hansı bir müzakirə açmaq nəticə verməyəcək. Yeni təkliflər əslində İrəvan qane edir. Sadəcə Paşinyan Qərbdən bununla bağlı lazımi sifariş almayınca, siyasi iradə nümayiş etdirməyəcək”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO