Yanvar ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3702 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
xa0
Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində həm Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
xa0
Yanvar ayı ərzində atəşkəsin pozulmasına görə yenə də ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs yanvarda Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.
xa0
Ermənistan ordusu atəşkəs rejimini yanvar ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonu istiqamətində də pozublar.
xa0
Ötən ay Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ”x9d yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib. Həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.
xa0
Erməni mətbuatının məlumatlarına əsasən, düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.xa0
xa0
Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz, əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.




































































































