Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

Hazırda oxunan: Yeni AVTOBUS, köhnə PROBLEM – 107 nömrəli marşrutda nə baş VERİR?

627261

Bu günlərdə “Koroğlu–Maştağa–Buzovna” istiqamətində fəaliyyət göstərən 107 nömrəli müntəzəm marşrut xəttində avtobuslar yeniləndi. Artıq sərnişinlərə müasir avtobuslarla xidmət göstərilir. Lakin nəqliyyat vasitələri yenilənsə də, sərnişinlər onların təqdim etdiyi imkanlardan tam yararlana bilmədiklərini bildirirlər.

Sərnişinlərin sözlərinə görə, avtobuslarda kondisioner və havalandırma sistemləri işə salınmır. Nəticədə salonun içərisində havasızlıq yaranır, temperatur isə xeyli yüksəlir. Bu da xüsusilə günün isti saatlarında sərnişinlərin rahat hərəkət etməsinə mane olur.

Məsələ ilə bağlı Bizim.Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 107 nömrəli marşrut üzrə fəaliyyət göstərən daşıyıcı şirkətə xəbərdarlıq edilib.

Qeyd olunub ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara rəsmi xəbərdarlıq məktubu göndərilir. Məktubda havanın temperaturu nəzərə alınmaqla avtobuslarda sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə sərinləndirmə sistemlərinin işlək vəziyyətdə saxlanılması və istismarı ilə bağlı tapşırıqlar verilir:
 

“Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir.


Sözügedən marşrutun daşıyıcısına da nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO