“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

“Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

Hazırda oxunan: “Əl-Hilal”ın hücumçusu “Beşiktaş”a keçə bilər

627315

"Əl-Hilal"ın hücumçusu Darvin Nunes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" uruqvaylı forvardın xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 27 yaşlı forvardı icarəyə götürmək istəyir. "Beşiktaş" bunun üçün oyunçunun klubuna 4 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi 2025-ci ilin yayında "Liveerpul"dan 53 milyon avroya transfer edib.

Uruqvay millisinin üzvü Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO