44 günlük Vətən müharibəsində oğlunu itirən ana növbəti fədakarlığı ilə hər kəsi duyğulandırıb. Şəhid anası qızının sağlamlığı üçün donor olaraq böyrəyini ona bağışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə həkim Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, həyata keçirilən transplantasiya əməliyyatı uğurla başa çatıb.
Həkimin sözlərinə görə, hazırda həm donor olan ana, həm də böyrək köçürülən qızın müalicəsi davam edir və onların vəziyyəti qənaətbəxşdir.
Şəhid anasının övladı üçün göstərdiyi bu fədakarlıq sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İstifadəçilər ana sevgisinin və fədakarlığının ən təsirli nümunələrindən biri kimi bu hadisə ilə bağlı çoxsaylı paylaşım edərək ailəyə dəstək və xoş arzularını çatdırıblar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:41 / 24.07.2026
Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı
Hazırda oxunan: Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı
Hazırda oxunan: Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı
627301
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































