Məşhur türkiyəli müğənni və aktyor Özcan Dənizin anası Kadriye Dəniz qızı Yurda Dənizlə məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, Kadriye Deniz, qızı və kürəkəni Murat Gürlerə qarşı prokurorluğa müraciət edərək, onların onun əmlakını qanunsuz olaraq mənimsədiklərini iddia edib.
Dənizin vəkili İrem Demir Kural şikayətdə müvəkkilinin xəstəliyi və müalicə prosesi səbəbindən fiziki və zehni qorunmaya ehtiyacı olduğunu bildirib.
“Psixoloji təzyiq, təhqir və fiziki hücuma məruz qalan müvəkkilin həyatını və fiziki toxunulmazlığını qorumaq üçün Yurda Dəniz və Murat Gürlerə qarşı istintaqın başlanmasını və ictimai ittihamın açılmasını tələb edirik” – deyə vəkil qeyd edib.
Qeyd edək ki, Yurda Dəniz anası Kadriye Dənizin xəstəliyi zamanı qardaşı Özcan Dənizi günahlandıran açıqlamalar vermişdi.
Bizim.Media





























































































