Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

Hazırda oxunan: Şəmkirdə yanğın: İkimərtəbəli ev ziyan gördü - VİDEO

627292

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 500kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində dördotaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 70kv.m sahədə, ikinci mərtəbəsində bir otağın tavanı 20kv.m sahədə, evə bitişik yerləşən ümumi sahəsi 400kv.m olan talvarın yanar konstruksiyaları, həyətyanı sahədə ümumi sahəsi 100kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub. (apa.az)










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO