“Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp

“Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp

Hazırda oxunan: “Çin və Rusiya mənə söz veriblər, İrana silah satmayacaqlar” - Tramp
627308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin İrana silah satmayacaqlarına söz verdiklərini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Pekindəki son görüş zamanı Si Cinpin ona "heç bir halda" İrana silah tədarük etməyəcəyini və ya satmayacağını bildirib.

O həmçinin əlavə edib ki, bu öhdəlik Çin şirkətlərinə də şamil olunur:

"Münasibətlərimizi nəzərə alaraq, onun sözünə inanıram".

Tramp eyni zamanda vurğulayıb ki, oxşar təminatları Rusiya Prezidenti Vladimir Putindən də alıb:

"Prezident Putin Ukraynada davam edən müharibəyə baxmayaraq, mənə İrana silah satmayacağını dedi".

ABŞ Prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar silahı birbaşa Ukraynaya satmır, əksinə, onu tam dəyərini ödəyən NATO ölkələrinə tədarük edir:

"Beləliklə, İran kontekstində adı ən çox çəkilən iki ən böyük ölkə, mənim fikrimcə, silah tədarükündə iştirak etmir. Əgər onlar bunu etsəydilər, bunun onlar üçün çox pis nəticələri olardı, əlbəttə ki, onların öz maraqlarına cavab verməzdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO