Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

Hazırda oxunan: Çində İNANILMAZ HADİSƏ – Komsosa uçan raketi ildırım vurdu – ANBAAN VİDEO

627267

Çinin “Çançjen-3B” (Long March 3B) raketdaşıyıcısı buraxılış zamanı nadir və təhlükəli hadisə ilə qarşılaşıb.

Bizim.Media “CNBC TV18” kanalına istinadən xəbər verir ki, startdan dərhal sonra raketə ildırım düşsə də, bu, missiyanın uğurla tamamlanmasına mane olmayıb.
 

Belə ki, şimşəkli bulud qatından keçən "Çançjen-3B" raketinə güclü elektrik boşalması (ildırım) dəyib. Buna baxmayaraq, heç bir texniki nasazlıq qeydə alınmayıb. Raket-daşıyıcı uçuşu ştat rejimində davam etdirərək qarşıya qoyulan tapşırığı tam yerinə yetirib.


Qeyd edək ki, kosmonavtika tarixində bu cür hadisələr ilk dəfə deyil ki, qeydə alınır. Ən məşhur nümunələrdən biri 1969-cu ilin noyabrında baş vermiş "Apollon-12" missiyası hesab olunur.

Həmin vaxt "Saturn V" raketi startdan dərhal sonra iki dəfə üst-üstə ildırım zərbəsinə məruz qalmışdı.

Müasir raketlər ildırım vurmasına qarşı xüsusi ekranlaşdırma və qoruyucu sistemlərlə təchiz edilsə də, mütəxəssislər hələ də belə təbiət hadisələrinin raketin elektronikasına zərər vurma riskini yüksək qiymətləndirirlər. Çinin "Çançjen-3B" raketinin bu sınaqdan problemsiz çıxması isə mühəndislik baxımından böyük uğur sayılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO