2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

Hazırda oxunan: 2 prokurorluq əməkdaşı pozuntulara görə işdən çıxarılıb

627276

Cari ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, onlardan 6-na töhmət və ya şiddətli töhmət verilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.

Həmçinin diqqətə çatdırılıb ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, nümunəvi fəaliyyətlərinə görə 110 prokurorluq işçisi həvəsləndirilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 30 ştat vahidi üzrə 28-ci növbəti müsabiqə elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO