Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

Hazırda oxunan: Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO/VİDEO

627285

AQTA vaxtı bitmiş məhsulların yenidən satışa çıxarılması cəhdini aşkarlayıb.

Bizim.Media xəbər verir ki, vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən “Best for Bar” MMC-yə məxsus fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar yoxlama keçirilib.
 

Baxış zamanı, ümumilikdə 49050 ədəd, hər biri 330 ml olan "Vintage Limonad" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) və "Vintage Cola" (Şəkərli və şəkərsiz olmaqla 2 çeşid) əmtəə nişanlı alkoqolsuz içki məhsulu aşkar edilib.


Məhsulların bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub.

Yoxlama zamanı məhsulların üzərindəki tarixlərin dəyişdirilməsində istifadə edildiyi ehtimal olunan avadanlıq və vasitələr də aşkarlanaraq maddi sübut kimi götürülüb. Məhsulların və aşkar edilmiş vasitələrin toxunulmazlığı təmin edilərək möhürlənib.

Məsul şəxs izahatında məhsulların son istifadə tarixlərinin dəyişdirilməsi faktını etiraf edib.

Həmçinin yoxlama zamanı tələb olunan bəzi təsdiqedici sənədlərin təqdim edilmədiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq prosessual tədbirlər davam etdirilir.

Ətraflı:














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO