Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

Hazırda oxunan: Tükənmişlik sindromu yaşayanlar üçün faydalı məsləhətlər

627266

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik stres bir çox insanda tükənmişlik hissi yaradır. Mütəxəssislər isə daha sakit və balanslı həyat üçün bir neçə faydalı tövsiyə veriblər.

Bizim.Media xəbər verir ki, psixoterapevt Mandolin Mudinin sözlərinə görə, son dövrlər insanlar həm şəxsi, həm də peşəkar həyatda yaşadıqları tükənmişlik səbəbindən həyat tərzlərini yenidən nəzərdən keçirməyə başlayıblar. Onun sözlərinə görə, şüurlu fərqindəlik ("mindfulness") vərdişləri narahatlığı azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və həyat keyfiyyətini artırır.

Mütəxəssislər tükənmişliyin qarşısını almaq üçün bu 5 məsləhəti tövsiyə edirlər:

1. Açıq havada daha çox vaxt keçirin


Təbiətlə təmas stressi azaldır, sinir sistemini sakitləşdirir və insanın özünü daha rahat hiss etməsinə kömək edir.

2. Ekran qarşısında keçirdiyiniz vaxtı azaldın

Xüsusilə səhər oyanan kimi telefona baxmamaq, sosial şəbəkələrdən və mənfi xəbərlərdən uzaq durmaq günə daha sakit başlamağa kömək edir.

3. Bədəninizin siqnallarına qulaq asın

Özünüzdən "Daha çox su içməliyəm?", "Dincəlməyə ehtiyacım var?", "Bədənim hərəkət istəyir?" kimi suallar soruşun. Düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik də bu baxımdan vacibdir.

4. Minnətdarlıq vərdişi yaradın

Hər gün sizi sevindirən və ya minnətdar olduğunuz üç hadisəni qeyd etmək ruh halına müsbət təsir göstərir və psixoloji sağlamlığı gücləndirir.

5. Duyğularınızı sakitləşdirən rutinlər formalaşdırın

Loş işıqda rahatladıcı musiqi dinləmək, ətirli şam yandırmaq, bir fincan qəhvə ilə fasilə vermək və yaxınlarınızla keyfiyyətli vaxt keçirmək gündəlik stressin azalmasına kömək edə bilər. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO