Bakının Nizami rayonunda 35 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən restoranlardan birində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Elvin sevgi münasibətində olduğu Zümrüdlə (adlar şərtidir – red.) mübahisə edib.
Onların mübahisə etməsinə səbəb Zümrüdün həmin vaxt restoranda olan Əli adlı tanışı ilə səmimi söhbət etməsi, onunla danışıb-gülməsi olub.
Bununla əlaqədar aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı Elvin qəsdən sevgilisinin boğazından sıxıb, qol və bud nahiyələrinə yumruq zərbələri endirərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Elvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı ödəyib və zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Elvin cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Bizim.Media





































































































