
- A-
- A
- A+
İdman
22:03 / 24.07.2026
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
Hazırda oxunan: Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
627319
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Niderlandlı mütəxəssis Mark van Bommel Belçika futbol millisinin baş məşqçi vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssis vəzifəsinin icrasına avqustun 15-dən başlayacaq. Onunla müqavilənin müddəti 2028-ci ildə keçiriləcək Avropa çempionatının sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 20-də Belçika Futbol Federasiyası millinin baş məşqçisi postunu tutan fransalı Rudi Qarsiyanın vəzifəsindən ayrıldığını açıqlamışdı. O, 2025-ci ilin yanvarından Belçika yığmasına rəhbərlik edirdi.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































