AZAL, ADY, “Bakı Metropoliteni” və “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM

AZAL, ADY, “Bakı Metropoliteni” və “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM

Hazırda oxunan: AZAL, ADY, “Bakı Metropoliteni” və “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinə verildi - SƏRƏNCAM
11632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncama əsasən aşağıdakı dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın İordaniyadakı səfiri geri çağırıldı


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti;

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO