Yeni ildən indiyədək Xankəndi-Laçın yolundan neçə avtomobil keçib?

Yeni ildən indiyədək Xankəndi-Laçın yolundan neçə avtomobil keçib?

Hazırda oxunan: Yeni ildən indiyədək Xankəndi-Laçın yolundan neçə avtomobil keçib?

115149

2022-ci il dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz şəkildə hərəkət edib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə şərait yaradılıb.

Belə ki, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun hər iki istiqamətinə keçid ediblər.

Onu da qeyd edək ki, indiyədək Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailələr də olub. Həmin maşınlar geri qayıdanda isə nəqliyyat vasitələrinin yük yerində dərman preparatları və uşaq qidaları Xankəndi istiqamətinə aparılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən başlayan etiraz aksiyası 37 gündür davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO