Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib - VİDEO

Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib - VİDEO

Hazırda oxunan: Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib - VİDEO
112932
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 23-cü gündür ki, davam edir.

Bizim.Media xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid daha bir təminat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçib.

Səhər saatlarından bu zamanadək müxtəlif saatlarda ümumilikdə 15 maşın keçid edib

Qeyd edək ki, bundan öncə də gün ərzində sülhməramlılara aid bir neçə təminat maşının keçidinə şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 23 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO