Dünən Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti iclası keçirilib.
Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyyət, partiyanın 2016-cı ildə fəaliyyət istiqamətlərinin təsdiq edilməsi, eləcə də ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə edilib.
Partiya başqanı ali icra orqanı üzvləri qarşısında geniş məruzə ilə çıxış edib və iştirakçıların maraqlandığı suallara cavab verib.
Siyasi Qurulda son vaxtlar ölkəmizə qarşı güclənən ermənipərəst siyasətin güclənməsi və təzyiqlərin artması ilə əlaqədar cəhdlərə diqqət çəkilib. Qeyd edilib ki, istər, ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ nümayəndələr Palatasının üzvü Kris Smitin "Azərbaycanda Demokratiya Aktı”x9d adlı qanun layihəsi hazırlaması, istərsə də AŞPA-da qurumun baş katibi T.Yaqlandın ölkəmizlə bağlı xüsusi araşdırma aparmağa göstəriş verməsi ölkəmizə qarşı ənənəvi sərt ritorikadan istifadə etməklə ermənilərin mövqelərini möhkəmləndirməyə xidmət edən addımlardır. İclasda, bu kimi niyyətlərin qarşısının alınması,ermənilərin və onların havadarlarının Azərbaycana qarşı hücumlarının kəsərinin azaldılması və məkrli planların baş tutmaması üçün siyasi dustaqlar kimi tanıdılan, lakin ciddi ictimai təhlükəlilik mahiyyəti daşımayan insanların tezliklə azad edilməsi və oxşar hadisələrin bir daha təkrarlanmamasının ölkənin mənafeyi baxımından vacibliyi vurğulanıb.
İclas iştirakçılarının diqqətinə çatdırılan BQP-nin 2016-cı ilə dair fəaliyyət istiqamətləri ilə bağlı layihə əlavə və düzəlişlər edilməklə təsdiq edilib.
Siyasi Qurul həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününün partiya fəalları,yerli təşkilatların təmsilçiləri, və tərəfdarların iştirakı ilə geniş şəkildə qeyd edilməsi ilə bağlı qərar qəbul edib.
İclas cari məsələlərin müzakirəsi ilə növbəti işini başa çatdırıb.



































































































