BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisindən Prezidentə MƏKTUB 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisindən Prezidentə MƏKTUB 

Hazırda oxunan: BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisindən Prezidentə MƏKTUB 

111485

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının tərəqqisi naminə bütün səylərinizdə uğurlar arzu edirəm.
Bu il biz BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünü qeyd edirik. Azərbaycandakı BMT ailəsi hökumət, vətəndaş cəmiyyəti təsisatları, elmi dairələr və media ilə birlikdə bir çox tədbirlər təşkil etmişdir. Bütün bunlar əldə edilmiş inkişafa nəzər salmağa, əməkdaşlığın perspektivlərini müzakirə etməyə gözəl fürsət yaratmışdır.

BMT Azərbaycan Hökumətini 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Davamlı İnkişaf Məqsədlərinə nail olmaq yolunda dəstəkləməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik etmək istəyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO