“Azərbaycan Sizin rəhbərliyinizlə regionda sülhün təminatına töhfə verir” - TÜRKPA-nın Baş katibinin prezidentə məktubundan

“Azərbaycan Sizin rəhbərliyinizlə regionda sülhün təminatına töhfə verir” - TÜRKPA-nın Baş katibinin prezidentə məktubundan

Hazırda oxunan: “Azərbaycan Sizin rəhbərliyinizlə regionda sülhün təminatına töhfə verir” - TÜRKPA-nın Baş katibinin prezidentə məktubundan

111482

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erdən Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Xalqın rifahı və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu dövlətçilik siyasəti qardaş Azərbaycanın nüfuzunu yüksəldərək onun beynəlxalq aləmdə öz layiqli yerini tutmasını təmin etmişdir.

Azərbaycan Sizin rəhbərliyinizlə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, türk dünyasının birliyinin möhkəmlənməsinə mühüm töhfə verməkdədir.
Türk dövlətləri arasında əməkdaşlığın parlament ölçüsü olaraq TÜRKPA-nın səmərəli fəaliyyəti üçün daim göstərdiyiniz diqqətə və Azərbaycan hökuməti tərəfindən yaradılmış şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO