​​​​​​​Azərbaycan 2022-ci ildə hansı vacib uğurları əldə edib? - SİYAHI 

​​​​​​​Azərbaycan 2022-ci ildə hansı vacib uğurları əldə edib? - SİYAHI 

Hazırda oxunan: ​​​​​​​Azərbaycan 2022-ci ildə hansı vacib uğurları əldə edib? - SİYAHI 

110981

2022-ci il də başa çatmaq üzrədir. Hər il olduğu kimi, bu ildə də Azərbyacan ölkə daxilində və xaricdə bir sıra uğurlara imza atıb.

Hələ il tamam başa çatmadığından onlardan bəzilərinizi diqqətinizə təqdim edirik:

- Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva bəyannaməsi imzalanıb. 

- Martın 24-də Fərrux əməliyyatı keçirilir. Azərbaycan Ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, Daşbaşı yüksəkliyi, Sağsağan dağ silsiləsi işğaldan azad edir.

- 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin əsası qoyulur. 

-Mayın 28-də Azərbaycanda “Texnofest-2022” festivalı keçirilir. 

- 2 avqust tarixində Azərbaycan-Türkiyə və Özbəkistan arasında Dəşkənd bəyannaməsi imzalanır. 

- 3 avqustda keçirilən “Qisas əməliyyatı” nəticəsində Qırxqız yüksəkliyi, Buzdux dağı, Sarıbaba yüksəkliyi işğaldan azad edilir. 

- 9-18 avqustda Türkiyədə keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycan idmançıları 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc olmaqla ümumilikdə 99 medal qazanır.   

- Avqustun 26-da Üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Laçın dəhlizindəki ərazilər Sus, Zabux kəndləri və Laçın şəhəri Azərbaycana təhvil verilir. 

- 12-14 sentyabrda baş verən döyüşlərlə ermənilərin 53 döyüş mövqeyi, xeyli sayda hakim yüksəkliklər Azərbaycanın nəzarəti altına keçir. 

- Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olur. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO