Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya idmançılar GƏLDİ – “Hər an hər şey baş verə bilər” 

Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya idmançılar GƏLDİ – “Hər an hər şey baş verə bilər” 

Hazırda oxunan: Şuşa-Xankəndi yolunda keçirilən aksiyaya idmançılar GƏLDİ – “Hər an hər şey baş verə bilər” 

109298

Xəbər verildiyi kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları bir sutkadır davam edir. Ötən gün səhər saat 9:00-dan başlayan aksiya gecə boyu davam edib. Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri bu axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Bizim.Media-ya aksiyanın son durumu ilə bağlı məlumat verən "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə hazırda aksiya iştirakçılarının sayı artır və Bakıdan Şuşa-Xankəndi yoluna mənəvi dəstək üçün ictimai fəallarla yanaşı idmançılar gəlib:
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndi-Şuşa yolunda etiraz aksiyası davam edir -  FOTO/VİDEO


“Aksiya iştirakçılarından heç kim tərpənməyib. Gecə milli ruhlu, vətənpərvərlik mahnıları və Volkovun gəlməsi ilə bağlı şüarlar səsləndirildi. Şuşanın yanından keçən, Xankəndi-Laçın yolu tamamilə bağlanıb. Ruslar da bura şlaqbaun qoyublar. Yəni o yol işlək deyil. 5 çadır qurmuşuq.

Aksiya davam edir və dəstək üçün çox sayda müraciətlər var. Hələki heç bir insident yoxdur. Dünəndən əraziyə iki BTR gətirilmişdi, onlar elə hadisə yerindədir. Rusların şəxsi heyətini daşıyan bir neçə hərbi maşınları dayanıb.

Dünən bunların sayı çox idi. İndi sanki bir qədər azalıb. Ərazidə Azərbaycanın  Daxili qoşunları və polisi var. Aksiyanın təhlükəsizliyi təmin olunur. Amma hər an hər şey baş verə bilər”.

Elman Cəfərli onu da əlavə edib ki, aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərdində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklər. Hələki onun gəlib-gəlməyəcəyi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO