“Volkov gəlməsə, etirazçılar aclıq aksiyasına başlayacaq” – Azərbaycanlı hərbi ekspert

“Volkov gəlməsə, etirazçılar aclıq aksiyasına başlayacaq” – Azərbaycanlı hərbi ekspert

Hazırda oxunan: “Volkov gəlməsə, etirazçılar aclıq aksiyasına başlayacaq” – Azərbaycanlı hərbi ekspert

109172

Laçın yolunda aksiya keçirənlər - QHT nümayəndələri, ekoloqlar, gənclər təşkilatlarının üzvləri və digər fəallar qərarlıdırlar və tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aclıq aksiyasına başlamaq niyyətindədirlər. Onlar sülhməramlıların komandiri, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Bizim.Media xəbər verir ki, bu fikirləri etirazçı, hərbi ekspert, ermənişünas Telman Qasımov Minval.az-a açıqlamasında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO


“Biz qərarlıyıq. Qoy sülhməramlıların rəhbərliyi bura gəlib bizimlə görüşsün! Tələblərimiz məlumdur.

Onlar Azərbaycanın faydalı qazıntı yataqlarının, xüsusən də Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının Ermənistan tərəfindən qanunsuz istismarı ilə bağlıdır. Etirazçılar burada çadır qurdular, soyuğa baxmayaraq, sona qədər dayanacağıq. Tələblərdən biri də ekoloqlar və digər mütəxəssislərdən ibarət qrup yaratmaqdır. Onlar ermənilər tərəfindən istismar edilən Azərbaycan yataqlarına nəzarət etməlidirlər. Buna son qoymaq lazımdır”, - Qasımov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO