Rusiyada 60 türk iş adamı saxlanıldı  ”“ FOTO

Rusiyada 60 türk iş adamı saxlanıldı ”“ FOTO

Hazırda oxunan: Rusiyada 60 türk iş adamı saxlanıldı ”“ FOTO

108467
“Təyyarəni vurdunuz, alın indi”x9d.

Rusiyanın Krasnodar şəhərinə “Yuqarqo”x9d kənd təsərrüfatı sərgisində iştirak etmək üçün gələn 22 türk şirkətindən 60 iş adamı miqrasiya xidməti tərəfindən nəzarət altına alınıblar. Səbəb isə onların Rusiyaya turist vizası ilə gəlmələridir.

Oxu.Az “RotaHaber”x9də istinadən xəbər verir ki, bir gün nəzarət altında saxlanılan iş adamları səhərisi gün məhkəmə qarşısına çıxarılıblar.

Məhkəmə qarşısına çıxan iş adamlarına 4 min rubl (80 dollar) cəza verilib.

İş adamlarının birbaşa Soçiyə yollanacaqları, bir müddət orada qaldıqdan sonra ölkədən xaric ediləcəkləri bildirilib.

CNN TÜRK-ün əlaqə qura bildiyi Cenk Baykara viza rejimi qarşılıqlı şəkildə aradan qaldırıldıqdan sonra Rusiyaya bütün sərgilərə turist qismində getdiklərini söyləyib.

“İndiyə qədər heç belə bir yanaşma olmamışdı. Başımıza nə gələcəyini bilmirik, burada girov qaldıq”x9d, - deyə, Cenk Baykara bildirib.

Saxlanıldıqları zaman polis onlara “təyyarəni vurdunuz, alın indi”x9d deyib.

Sərginin təşkilatçıları hadisəni təsdiqləyib, onların məhkəmə qarşısına çıxdıqlarını və baş verən hadisələri izlədiklərini bildiriblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO