Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

Hazırda oxunan: Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi
106484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.

“İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib.

Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib.

Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO