Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalandı - FOTO

Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalandı - FOTO

Hazırda oxunan: Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalandı - FOTO
104239
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstana rəsmi səfər edib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib.

Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Z.Həsənov bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. 

Tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.
 

Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO