“Qızdırma salan dərmanlar virusu yayır” – Qorxulu virus haqqında 7 FAKT

Hazırda oxunan: “Qızdırma salan dərmanlar virusu yayır” – Qorxulu virus haqqında 7 FAKT

43690

Qrip xəstəliyi barədə müxtəlif məlumatlar mövcuddur.

Bizim.Media qrip barədə bəzi faktları araşdırıb və mühüm informasiyaları təqdim edir:

1. Yüksək qızdırmasız qrip olmur.

Qripin xüsusi əlamətlərindən biri 38.5-39.0 qızdırmanın olmasıdır. Əgər qızdırmanız yoxdursa, deməli, başqa virusun səbəb olduğu infeksiyaya yoluxmusunuz.

2. Qrip zamanı burun axması olmur. 

İlk günlər burun tutulması olur və bu orqanizmin intoksinasiyası ilə əlaqədardır. Amma burun axması olmur. Yalnız 3-4 gün sonra bəzi hallarda burun axması ola bilər ki, bunun da səbəbi virus deyil. Burun axmasının səbəbi bədənin zəifləməsindən istifadə edən bakteriyalardır.

3. Qrip virusu şaxtadan qorxmur.

0 dərəcə teperaturda virus 1 aya kimi qala bilir. Amma sadə sabun virusu öldürür. Qurulama və 70 dərəcəlik isti də qripə təsir edir.

4. Qızdırma əleyhinə dərmanlar qripin orqanizmdə yayılmasına kömək edir. 

Bədənin normal və nisbətən qalxmış temperaturda olması qrip üçün cənnətdir. Yetkin insanlara tövsiyə olunur ki, qızdırma salan vasitələrdən ancaq temperaturları 39 dərəcədən yuxarı olduqda istifadə etsinlər. Azyaşlılarda bu, 38.5 dərəcədir.

5. Qrip antibiotiklərlə sağalmır.

Antibiotiklər ancaq bakteriyalara təsir göstərir. Viruslar isə bakteriya deyil. Qripi antibiotiklərlə müalicə etmək mənasızdır. Amma immunitet zəifləyəndə bakteriya infeksiyaları da bədəndə yayılanda həkim xəstəyə antibiotik yaza bilir.

6. Qrip peyvəndi yoluxmaya səbəb ola bilməz.

Heç bir vaksin tipik yoluxmaya səbəb olmur. Vaksinasiya prosesində bədənə ya virusun zəiflədilmiş halını, ya da hissələrini daxil edirlər. Vaksində olan virus isə yoluxdurmur. Amma orqanizmdə antitelin yaranmasını stimullaşdırır. Antitel virusla qarışır və nəticədə hüceyrələrin yoluxması və virusun çoxalmasının qarşısı alınır.

Müasir vaksinlər rahat keçirilir. Hətta peyvənddən sonra qızdırma da olmur. Vaksinasiyadan sonra qızdırma qalxması bəzi insanlarda yaşanır. Bu isə peyvəndin nadir və yeganə xoşagəlməz mümkünlüklərindəndir. Çünki həmin qızdırma səhhətin daha da pisləşməsi və bədbəxt hadisəyə səbəb ola bilər.

7. Epidemiya başlayandan sonra peyvəndləmə aparmaq gecdirmi?

Qrip əleyhinə vaksinasiyanın ən optimal vaxtı payız mövsümüdür (sentyabr-noyabr). Peyvəndin ən doğru zamanı gözlənilən epidemiyanın başlamasından 2-3 həftə qabaqdır.

Epidemiya başlayandan sonra isə yalnız ölü viruslar olan peyvəndlərdən istifadə etmək lazımdır. Lakin insan qripə yoluxub və əlamətləri olmadığına görə bu halda peyvəndlənibsə, vaksinin faydası olmaya bilər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO