Orqan köçürülməsində YENİ QAYDA – “Yaxınlarının razılığı olmadan meyitin yarılması…”

Hazırda oxunan: Orqan köçürülməsində YENİ QAYDA – “Yaxınlarının razılığı olmadan meyitin yarılması…”

173790

Yeni il gecəsi Türkiyənin Fatih bölgəsində dünyasını dəyişən 17 yaşlı Melek Nur Özgenerin orqanları 6 nəfərə həyat verib. Melek Nur Özgenerin atası Bülent Özgener bildirib ki, bir qızını itirsə də artıq 6 uşağı olub:

"Bir qızımı itirdim, amma 6 övladım oldu. 6 nəfərə can verdi. Bu proses davam edərkən bir xəstənin 2 saatı var. Analizlər bitənə qədər o adam 1-2 saat içində öləcək dedilər. Mənim Mələk qızım ona yenidən həyat verdi".

Təbii ki, bu təqdirediləsi hadisənin tək səbəbi Türkiyədə orqan bağışlanılmasında yaradılan şəffaf prodsedurdur. Təqdir ediləsi haldır ki, bizim ölkəmizdə də orqan bağışlanılması üçün son vaxtlar xeyli iş görülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Orqan köçürülməsi ilə bağlı daha bir YENİLİK


Ötən həftə isə Səhiyyə Nazirliyi tərəfindən şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib. 

Bu da çox müsbət hadisədir. 

Çünki zaman-zaman dünyasını dəyişmiş insanın yaxınları onların izni olmadan meyitin yarılmasına qarşı çıxa bilmirdi. Bundan sonra artıq bu problem öz həllini tapacaq. Yaxınlarının yazılı razılığı olmadan heç bir meyit yarılmayacaq. Ən əsası beyin ölümü keçirən şəxslərin orqanlarının digər xəstələrə bağışlanılması prosesində də şəffaflıq yaranacaq.

Qeyd edək ki, qanunvericiliyə əsasən meyit-donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

“Artıq qanuni prosedur yaradılacaq”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Həkimləri İctiami Birliyinin sədr müavini Aydın Əliyev ərizənin təsdiq edilməsini müsbət hadisə kimi qiymətləndirib:

“Orqan köçürülməsi əməliyyatları bizim ölkəmizdə var idi. Amma qanunla bunun təşviq edilməsi çox müsbət haldır. Bədbəxt hadisə zamanı həyatını itirən adamın sağlam orqanlarının digər xəstələrə köçürülməsinin hüquqi tənzimlənməsi çox vacib idi. Çünki əvvəllər bu məsələ özfəaliyyət səviyyəsində idi. Artıq normal, qanuni prodsedur yaradılacaq və donor, yaxud donorun yaxınları biləcək ki, bağışlanan orqanlar kimə və necə köçürüldü”. 

Aydın Əliyev müəyyən narahatlığını da dilə gətirib:

“Orqan bağışlanılmasındaneqativ hallar da olur. Bu da orqan alveri məsələsidir. Orqan bütün hallarda pulsuz bağışlanmalıdır. Əgər ortaya pul girsə, onda xoşagəlməz söhbətlər də ortaya çıxacaq. Doğrudur, orqan köçürən həkimə ödəniş edilməlidir. Amma ödəniş məsələsi donora və yaxud onun ailəsinə qədər gedib çıxmamalıdır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO