Dekabrda 123 nəfər ZƏHƏRLƏNİB – Ölənlər var 

Hazırda oxunan: Dekabrda 123 nəfər ZƏHƏRLƏNİB – Ölənlər var 

172450

Ötən ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib. 

KTM-dən Bizim.Media-ya verilən məlumata görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub. 

Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 
2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. 

Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO