Bu il 1800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub – TƏBİB 

Hazırda oxunan: Bu il 1800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub – TƏBİB 

167018

Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Ölkəyə Səhiyyə Nazirliyi tərəfindən yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir.

Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. 

Bu günədək olan statistikaya əsasən, 2023-cü il payız-qış mövsümündə əldə edilən peyvəndlərlə, TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb.
314 nəfər Bakı və Abşeron ərazisində, 1490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO